«Bakı»nın 31 yaşlı bolqarıstanlı müdafiəçisi Stanislav Baçev ikinci dövrə oyunlarının başlanmasını səbirsizliklə gözlədiyini deyib. Yüksək hazırlıq səviyyəsində olduğunu bildərən futbolçu cari çempionatda komandasının uğur qazanacağına inanır. Qol.Az-ın məlumatına görə, S.Baçev bu fikirləri «Bakı»nın rəsmi İnternet saytına açıqlayıb. O, Antalyada keçirdikləri təlim-məşq toplanışında və yoxlama oyunlarında özünü yaxşı tərəfdən göstərdiyini düşünür: «Əla şəraitdə hazırlaşmaq imkanı əldə etdik. Fikrimcə, komandamız bütün vəzifələrin öhdəsindən gəlmək iqtidarındadır. «Bakı»da rəqabət yüksək həddədir. Bir-birindən güclü oyunçulardan qurulmuş heyətimiz mövcuddur. Bütün oyunçulara böyük hörmətim var, ancaq düşünürəm ki, əsas heyətə məhz mən düşəcəyəm. İnanıram ki, Hacıyevski mənə şans verəcək. Bu il çempionluq titulunu qazanmaqla özümüzü təsdiq etmiş olacağıq. Tək Azərbaycanda deyil, Avropada da yaxşı nəticlərə əldə edə bilərik. Bu komandamız Bolqarıstan çempionatında çıxış etsəydi, medallar uğrunda mübarizə aparardı».
Qeyd edək ki, bolqar futbolçu 2008-ci ilin yanvarından «Bakı»nın şərəfini qoruyur. O, Bolqarıstan gənclər milli komandasının heyətində 10-dan artıq oyun keçirib, həmçinn iki dəfə ölkə kubokunu qazanıb. Bir dəfə isə Bolqarıstan çempionatının gümüş medallarına layiq görülüb.
Rafinya qayıtdı
Avropa Liqasında 18 oyun
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi
Premyer Liqanın ən yaxşısı seçildi
“Arsenal” kütləvi ixtisarlar edə bilər
Superliqa klubunun yeni baş məşqçisi açıqlandı
Uğursuzluğa görə klub rəhbərliyini günahlandırdı
Keyn Messinin rekordunu qırdı
Azərbaycan güləşçisi dünya ikincisi oldu
"Milan" onunla yeni müqavilə imzalayır
Çexiya - Azərbaycan oyununun hakimləri açıqlandı