Elvin Beqiri Emin Quliyevin göstəricisini təzələyə bilər

Elvin Beqiri Emin Quliyevin göstəricisini təzələyə bilər
XƏBƏR 20 Dekabr 2010 / 13:40 2006
-  A +


“Xəzər Lənkəran”ın futbolçusu Elvin Beqiri üçün Unibank Premyer Liqasının XVIII turu uğurlu olub. Qol.Az-ın məlumatına görə, son turda MOİK-lə oyunda dubla imza atan albaniyalı legioner bununla da “Xəzər Lənkəran” formasında vurduğu qolların sayını 5-ə çatdırıb. Elvin komandanın tarixi ərzində ən azı 5 qol vuran 28-ci oyunçu oldu. Begiriyə qədər isə yalnız 1 müdafiəçi bunu bacarmışdı. Bu da komandamızın sabiq kapitanı Emin Quliyev idi. O, komandamızın 12 qoluna imza atmışdı.
Emin Quliyev dubllarını 2007-ci ildə gerçəkləşdirib. Quliyev əvvəl 2006/07 mövsümünün sonlarında “Olimpik”lə matçda (3:2) bakılıları məyus etmişdi. Bu qarşılaşma aprelin 27-də keçirilmişdi. Heç 5 ay keçməmiş Emin yenə dubla imza atdı. O, 2007/08 mövsümünün startında – 5-ci turun “Turan”la görüşündə (2:0) fərqləndi. Həm ilk dubl, həm də sentyabrın 16-dakı matç Lənkəranda və çempionat çərçivəsində baş tutmuşdu.
Cari mövsüm məhsuldarlığı ilə seçilən albaniyalının Eminə çatacağı mümkün görünür.
Qeyd edək ki, sırf müdafiəçi olan Elvindən fərqli müdafiəçilərimizin ən yaxşı bombardiri bəzən yarımmüdafiəçi kimi də çıxış edib.
 

Son xəbərlər
12.02.25  19:40

"Arsenal"da ciddi itki