Baş tutmayan Azərbaycan - Ermənistan oyunu “Top 10”-da

XƏBƏR 20 Dekabr 2010 / 12:57 2413
-  A +

AÇ 2008-in seçmə mərhələsi çərçivəsində UEFA-nın keçirdiyi püşkatma mərasimi Azərbaycan millisini mənfur düşmənimiz olan ermənilərlə bir qrupa salmışdı. Qol.Az-ın məlumatına görə, həmin dövrdə baş tutmayan hər iki qarşılaşma Avropanın “goal.com” saytının top 10 siyahısında yer tutub. Hazırda müharibə şəraitində olan hər iki ölkədə bu qarşılaşmaların keçirilməsi ilə bağlı böyük ajiotaj var idi. Bununla belə, ermənilər hər iki oyunun keçirilməsinə razılıq versə də, Azərbaycan tərəfi buna qəti etirazını bildirərək, qarşılaşmaların yalnız neytral stadionlarda keçirilməsini tələb etdi. Lakin UEFA rəhbərliyi isə hər iki qarşılaşmanı ləğv edərək adı çəkilən yığmalara texniki məğlubiyyət verməklə kifayətlənmişdi.

Son xəbərlər