Rusiya Premyer Liqasında “qol + ötürmə” sistemi üzrə ən məhsuldar oyunçu adına “Lokomotiv” klubunun əslən azərbaycanlı futbolçusu Aleksandr Əliyev layiq görülüb. Qol.Az-ın “Sport-Ekspress”ə istinadən verdiyi məlumata görə, Ukrayna milli komandasının 25 yaşlı yarımmüdafiəçisi 20 xal (14 qol + 6 ötürmə) toplayıb.
O, bu qədər xalı iştirak etdiyi 25 matçda əldə edib. Bununla da Əliyev çempionatın bombardiri Vellitonu qabaqlayıb. Braziliyalı hücumçu 19 qol vursa da, 1 məhsuldar ötürmə belə verməyib. Halbuki o, ötən mövsüm “qol + ötürmə” versiyasında 23 xal (21 + 2) yığıb və birinci yeri tutub.
Əliyevin göstəricisi 2005-ci ildə Andrey Arşavinin “Zenit”də çıxış etdiyi vaxt yığdığı xalla (9 + 11) üst-üstə düşüb. Amma məhz həmyerlimizin qələbəsi sayəsində “Lokomotiv”in üzvləri “Zenit”liləri, eləcə də “Rotor”luları qabaqlayıblar. İndiyədək bu nominasiyada Moskva komandası 4 dəfə, Sankt-Peterburq və Volqoqrad təmsilçiləri isə hərəyə 3 dəfə fərqlənib.
"Sabah" TNS-ə qarşı
"Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
Mundialın ən çox səyahət edən komandası bəlli oldu
Ronaldonun klubu futbolçuların maaşını ödəyə bilmir
"Neftçi" Xorvatiya klubuna uduzdu
"Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
"Bizə daha çox yeni oyunçu lazımdır"
“İnter”ə bu transferi həyata keçirməyə icazə verilmədi
Argentina FİFA-ya xüsusi müraciət ünvanladı
"Turan Tovuz"un rəqibi bilindi
“Qalatasaray”ın yeni transferi İstanbula yollandı - Video
"Sabah"la matç bu dəfə fərqli olacaq" - TNS-in baş məşqçisi
“Kəpəz"dən bu yayın ilk transferi
Fransa - İspaniya matçından əvvəl bir dəqiqəlik sükut olacaq
"Onları necə məğlub edəcəyimizi bilirik"
"Mançester Yunayted" "Çelsi"nin futbolçusunu transfer etdi
Messi DÇ-də 40 ilin rekordunu təkrarladı
“Qəbələ”də oynayırdı, Kipr klubuna keçdi
Dibala “Roma” ilə müqaviləni yenilədi
Slaven Biliç rəsmən Xorvatiya millisində
Murat Yakın: "Futbol uduzdu"
Belçika millisinin üzvü "Mançester Yunayted"də
PSJ yetirməsi ilə peşəkar müqavilə imzaladı
"Qəbələ" 5 yoxlama oyunu keçirəcək
Güləşdə uğur ənənəsi: yeni nəsil üçün motivasiya mənbəyi