Toni Adams: “Bu gün qalib gələ bilərdik”

Toni Adams: “Bu gün qalib gələ bilərdik”
XƏBƏR 19 Dekabr 2010 / 17:10 1779
-  A +

"Çox baxımlı və maraqlı oyunun şahidi olduq, azarkeşlərin də oyundan zövq aldığını düşünürəm. Bu gün qalib gələ bilərdik, lakin son dəqiqələrdə qapımızdan qol buraxdıq, heç-heçə etdik. Oyundan öncə heyətimizdə bir sıra zədəli futbolçularımız var idi. Komandamın oyunundan razı qaldım". Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Qəbələ" klubunun baş məşqçisi Toni Adams AZAL-la oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Xatırladaq ki, Unibank Premyer Liqasının 18-ci turunun bu gün keçirilən AZAL – “Qəbələ” oyunu 2:2 hesabı ilə yekunlaşıb.

Son xəbərlər