Rəşad Sadıqovun komandası növbəti qələbəsini qazanmaq istəyir

XƏBƏR 19 Dekabr 2010 / 13:13 1617
-  A +

Bu gün Türkiyə Superliqasında 17-ci turun qalan oyunları keçiriləcək. Qol.Az-ın məlumatına görə, millimizin kapitanı Rəşad Sadıqovun çıxış etdiyi "Eskişehirspor" səfərdə "Kasımpaşa" ilə qarşılaşacaq. Eskişehir klubu 19 xalla 18 komanda sırasında 12-ci, rəqibi isə 8 xalla sonuncudur.
Qeyd edək ki, oyun Bakı vaxtıilə saat 19:00-da başlanacaq. Milli komandamızın kapitanı Rəşad Sadıqovun adı iştirakçılar siyahısındadır.


Son xəbərlər