Ramil Əliyev: "Xəzər Lənkəran" liderliyə layiq komandadır"

Ramil Əliyev: "Xəzər Lənkəran" liderliyə layiq komandadır"
XƏBƏR 18 Dekabr 2010 / 20:28 2051
-  A +


"Bu gün çempionatın liderinə qarşı oynadıq. "Xəzər Lənkəran" oyunu ilə sübut etdi ki, liderliyə layiq komandadır. Bizə demək olar ki, qol imkanı vermədilər. Hesab açılana qədər oyunu əks-hücumlar üzərində qurmaq istəyirdik. Növbəti tur səfərdə "Simurq"la qarşılaşacağıq. Artıq sabahdan bu oyunun hazırlıqlarına start verəcəyik". Qol.Az-ın məlumatına görə, bu sözləri "Xəzər Lənkəran"la oyundan sonra MOİK komandasının baş məşqçisi Ramil Əliyev deyib. Qeyd edək ki, Premyer Liqanın 18-ci turu çərçivəsində MOİK öz meydanında "Xəzər Lənkəran" klubuna  0:2 hesabı ilə məğlub olub.

Son xəbərlər