Vinfrid Şefer: "Bugünkü oyunda ən azı bir xala layiq idik"

Vinfrid Şefer: "Bugünkü oyunda ən azı bir xala layiq idik"
XƏBƏR 18 Dekabr 2010 / 19:25 1858
-  A +

"Hesabı açmamışdan öncə də fərqlənmək üçün bir neçə epizodumuz oldu, lakin bunlardan yararlana bilmədik. Təəssüf ki, əldə etdiyimiz üstünlüyü sonadək qoruya bilmədik, qapımızda iki qol gördük. Hesabı bərabərləşdirmək üçün bütün komanda ilə irəli atıldıq, amma buna nail ola bilmədik. Fikrimcə bu gün göstərdiyimiz baxımlı oyunla ən azı 1 xala layiq idik". Qol.Az-ın məlumatına görə, bu sözləri "İnter"lə oyundan sonra "Bakı" klubunun baş məşqçisi Vinfrid Şefer deyib.
Qeyd edək ki, Premyer Liqanın 18-ci turu çərçivəsində "Bakı" komandası öz meydanında "İnter"ə 1:2 hesabı ilə məğlub olub.

Son xəbərlər