Kaxaber Sxadadze: "Bu oyun bizim üçün dönüş nöqtəsi idi"

Kaxaber Sxadadze: "Bu oyun bizim üçün dönüş nöqtəsi idi"
XƏBƏR 18 Dekabr 2010 / 19:16 1588
-  A +


"Oyunun maraqlı və gərgin keçəcəyini bilirdik, bu gün bunun şahidi olduq. Adi epizodda səhv buraxdıq, qapımızda qol gördük. Lakin komandamın hesabı bərabərləşdirəcəyinə əmin idim. "Bakı"nın oyununu çox yaxşı təhlil etmişdik, zəif cəhətlərini bilirdik. Bu oyun bizim üçün dönüş nöqtəsi idi. Qalib gəldiyimiz üçün şadam". Qol.Az-ın məlumatına görə, bu sözləri "Bakı" ilə oyundan sonra "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib. Qeyd edək ki, Premyer Liqanın 18-ci turu çərçivəsində "İnter" komandası səfərdə "Bakı"nı 2:1 hesabı ilə məğlub edib.

Son xəbərlər