“Qəbələ” klubunun baş məşqçisi Toni Adams bu dəfə Hollandiya mətbuatının diqqət mərkəzinə düşüb. Qol.Az-ın məlumatına görə, "narıncılar" ölkəsinin mətbuatında Adamsın maraqlı fikirləri dərc olunub: “ Mən hələ ki təcrübəli baş məşqçi deyiləm. Məhz buna görədir ki, Azərbaycanda diqqət mərkəzində olmuram. Lakin mənə bir qədər təcrübə lazımdır ki, öz işimi yüksək səviyyədə qurum. Əlbəttə, “Arsenal”da hər şey yüksək səviyyədə təşkil olunmuşdur. Təbii ki, o klubu “Qəbələ” ilə müqayisə etmək olmaz. Lakin düşünürəm ki, mən Azərbaycanın ən yaxşı klublarından birində çalışıram, hansı ki yaxın zamanlarda bu klubun milli komandaya böyük faydası olacaq. Mən “Tottenhem” klubunun baş məşqçisi Hari Rednappın futbol psixologiyasını çox bəyənirəm. O heç bir futbolçuya pis deməyi xoşlamır, əksinə onları tərifləməklə oyuna kökləyir. Mən də klubdakı bütün futbolçulardan razıyam. Lakin Deon Barton və Terri Kuk İngiltərə Premyer Liqasında çıxış etdikləri üçün məni daha yaxşı başa düşürlər. “Qəbələ”ni İngiltərənin ortabab klubu ilə müqayisə etmək olar. Əgər heç bir səhvə yol verməsəm “Qəbələ” gələn il Avropa turnirlərində çıxış edəcək”.
"Sabah" TNS-ə qarşı
"Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
Mundialın ən çox səyahət edən komandası bəlli oldu
Ronaldonun klubu futbolçuların maaşını ödəyə bilmir
"Neftçi" Xorvatiya klubuna uduzdu
"Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
"Bizə daha çox yeni oyunçu lazımdır"
“İnter”ə bu transferi həyata keçirməyə icazə verilmədi
Argentina FİFA-ya xüsusi müraciət ünvanladı
"Turan Tovuz"un rəqibi bilindi
“Qalatasaray”ın yeni transferi İstanbula yollandı - Video
"Sabah"la matç bu dəfə fərqli olacaq" - TNS-in baş məşqçisi
“Kəpəz"dən bu yayın ilk transferi
Fransa - İspaniya matçından əvvəl bir dəqiqəlik sükut olacaq
"Onları necə məğlub edəcəyimizi bilirik"
"Mançester Yunayted" "Çelsi"nin futbolçusunu transfer etdi
Messi DÇ-də 40 ilin rekordunu təkrarladı
“Qəbələ”də oynayırdı, Kipr klubuna keçdi
Dibala “Roma” ilə müqaviləni yenilədi
Slaven Biliç rəsmən Xorvatiya millisində
Murat Yakın: "Futbol uduzdu"
Belçika millisinin üzvü "Mançester Yunayted"də