“Qarabağ”ın Çexiyaya səfər tarixi açıqlandı

“Qarabağ”ın Çexiyaya səfər tarixi açıqlandı
XƏBƏR 19 Avqust 2022 / 14:50 4863
-  A +

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündə “Viktoriya” ilə qarşılaşacaq “Qarabağ” FK avqustun 22-i Çex Respublikasına yollanacaq.

Qol.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Komandanı Praqa şəhərinə aparacaq təyyarə saat 09:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.

Avqustun 22-də saat 19:30-da (Bakı vaxtı ilə 21:30) baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək. Saat 20:00-da isə (Bakı vaxtı ilə 22:00) matçın keçiriləcəyi Plzen şəhər stadionunda “Qarabağ”ın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.

Qeyd edək ki, “Viktoriya” – “Qarabağ” oyunu avqustun 23-ü Bakı vaxtı ilə 23:00-da başlayacaq. İlk matç 0:0 hesabı ilə yekunlaşıb.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı