«Neftçi»də növbəti itkilər

XƏBƏR 12 Fevral 2009 / 16:14 3505
-  A +

Bakının «Neftçi» klubu bu həftənin bazar günü «Standard»la keçirəcəyi premyer-liqanın oyunu ərəfəsində problemlərlə üzləşib. Qol.Az-ın məlumatına görə, komandanın türkiyəli futbolçuları Suat Usta damarın dartdığı, Ali Cansun zədəli olduğu üçün hələ Bakıya qayıtmayıblar. Onların bazar günkü qarşılaşmada oynayıb-oynamayacaqları hələ bilinmir. Zədəli Zaur Tağızadənin isə «Standard»a  qarşı oynamayacağı dəqiqləşib. Bundan başqa Kruqlov öz ölkəsinin, Elmar Baxşiyev isə Azərbaycan millisinin düşərgəsində olduğundan məşqlərə qatılmır.

 


Qarabağ FK
Son xəbərlər
topaz banner