FİFA dünya çempionatı ilə bağlı qərarını dəyişir

XƏBƏR 16 Dekabr 2010 / 14:28 1876
-  A +

FİFA 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatı ilə bağlı qərarını dəyişə bilər. Qol.Az-ın «Reuters»ə istinədən verdiyi məlumata görə, dünyanın ən ali futbol qurumunun baş katibi Cer Valke bildirib ki, mundialın oyunlarının yayda deyil, qışda keçirilməsi haqda qərar verməyə hazırlaşırlar.
Qeyd edək ki, Qətərdə yayda havaların həddindən artıq isti keçməsi futbolçuların səhhətinə zərər vura bilər. Bu səbəbdən futbol mütəxəsisləri yarışın qışda keçirilməsi təşəbbüsü ilə çıxış ediblər.


Son xəbərlər