"İnter"in baş məşqçisi Kaxaber Sxadadze klubun rəsmi saytına müsahibə verib. Müsahibəni təqdim edirik.
- AZAL-la oyunda "İnter" yaxşı futbol nümayiş etdirdi, lakin qalib gələ bilmədi...
- Futbolçularımın davranışlarından və oyunlarından razı qaldım. "Muğan"la matçdan fərqli olaraq, komanda bu dəfə keyfiyyətli futbol sərgilədi. Amma təəssüf ki, bəxt yenə də bizim tərəfimizdə deyildi, qalib gələ bilməyimizi də bununla izah edirəm. Ancaq bu, nə vaxtsa başa çatacaq, uğursuzluq bizi tərk edəcək. Ən başlıcası odu ki, futbolçular matçlara AZAL-la oyunda olduğu kimi, qalib gəlmək arzusuyla və güclərini ortaya qoymaqla çıxsınlar.
Hazırlığımıza, oyun təşkilimizə gəldikdə isə deyə bilərəm ki, "İnter"in bu məsələdə heç vaxt problemi olmayıb. Bizim oyunumuz savadlı təşkil edilir, komanda taktiki cəhətdən yaxşı hazırlıqlıdı, fiziki hazırlığa da sual yoxdu. Bunu yaratdığımız qol vəziyyətləri də təsdiqləyir. Təəsüf ki, əvvəllər də dediyim kimi, realizasiya ilə bağlı müəyyən iradlarım var. Son zamanlar biz, təəssüf ki, öz səhvlərimiz üzündən gülünc və məntiqsiz qollar buraxmağa başlamışıq. Belə mənasız səhvlər buraxılmamalıdı.
Bir daha təkrarlayıram, oyun planında mənim heç bir tələbim yoxdu, lakin nəticə və turnir cədvəli ilə suallarım var. Özü də kifayət qədər ciddi. Bu isə bizi narahat edir. Lakin hər halda bu, düzələndi, düşünürəm ki, yaranmış vəziyyətdən çıxış yolu tapacağıq.
- Qarşıda "Neftçi"yə qalib gəlməklə yüksək potensialını nümayiş etdirmiş "Bakı" ilə mürəkkəb oyun var. Bu qarşılaşmaya hazırlıq necə keçir?
- AZAL-la oyundan sonra bərpa məşqlərini aparmışıq. Birinci gün komanda istirahət etdi, ona görə ki, 3 matçı keçirilmiş mürəkkəb həftə olmuşdu. İkinci gün komanda 2 məşq keçirdi. Mario Souzanın bərpa olması sevindirir, o, "Bakı" ilə oyuna hazırlaşa biləcək. Robertas Poşkusla bağlı kiçik problem var. Bir aydı zədəli olan Filip Despotovskinin yoxluğunu da qeyd etməyə bilmərəm.
"Bakı" ilə qarşılaşmaya ciddi hazırlaşırıq. Rəqib "Neftçi" ilə matçda özünü yaxşı tərəflərdən göstərdi. İndi onlar bizimlə qarşılaşmada da bu nəticəni mökhəmləndirməyə ümid edirlər. Bir sözlə, bizi mürəkkəb, amma eyni zamanda maraqlı oyun gözləyir, axı, hər iki komandada çox sayda yaxşı futbolçular var. Bizi çoxsaylı mübarizə olacaq qarşılaşma gözləyir. Belə qarşılaşmalarda hər şeyi vurulmuş yeganə qol həll edir.
- Bugünlərdə məlum oldu ki, komanda təlim-məşq toplanışını Antalyada keçirəcək. Qrafik və hazırlıq prosesi barədə ətraflı öyrənmək istərdik.
- Bəli, bu toplanışı öncədən planlaşdırmışdıq və yanvarın 3-də Antalyaya yollanacağıq. Hazırlıq çərçivəsində 4 qarşılaşma keçirəcəyik, qısamüddətli toplanışın məqsədi "Birlik kuboku"na hazırlaşmaqdı. Bu toplanış keçirdiyimiz toplanışlardan fərqlənəcək. Məşqlərdə oyun komponentlərinə böyük diqqət ayıracağıq.
- "Birlik kuboku" başa çatdıqdan sonra Türkiyəyə qayıtmaq planlaşdırılır? Yoxsa bu, komandanın turnirdə göstərəcəyi nəticədən asılı olacaq?
- "Birlik Kuboku"dakı nəticədən asılı olmayaraq müləq Türkiyəyə qayıdacağıq.
- "İnter" kifayət qədər komplekləşdirilmiş komandadı, amma hərdən elə gəlir ki, hücum potensialı onun zəif bəndidi. Qışda komandanın bu mövqeyinin gücləndirilməsi planlaşdırılırmı?
- Bununla bağlı prezident və idman direktoru ilə söhbətimiz oldu. Mən fikirlərimi və arzularımı bildirdim. Onlar məni dəstəklədilər. Nəzərimizdə bir neçə yerli və əcnəbi futbolçular var. Bu oyunçuları komandaya cəlb etməyi istərdik. Axı, bizə mütləq güclənmək lazımdı. Bu günlərdə prezident klub sponsorları ilə görüşərək, bu məsələləri müzakirə edəcək.
- "Simurq"dan icarədən qayıtmış futbolçular komandada qalacaqlarmı?
- Bəli, onlar komandada qalacaq və mövsümün ikinci hissəsinə hamı ilə birlikdə hazırlaşacaqlar. Bir düzəliş etmək istəyirəm. Pauls Paknisin müqaviləsi başa çatır və onun gələcəyilə bağlı məsələ hələlik naməlum qalır. Baçana Sxadadze və Tofiq Mikayılova gəlincə, sizi əmin edirəm ki, onlar "İnter"də qalacaqlar.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”
Ronaldo getdikdən sonra komandada birlik yarandı?
“Özümüz də başa düşmürük ki, niyə qol vura bilmirik” - Video
Danimarka - Portuqaliya matçındakı gözəl qollar - Video
Mahir Emreli üzr istədi
Almaniya və Portuqaliyadan qələbə, Norveç uduzdu
Ronaldo Portuqaliya millisindən birdəfəlik gedib?
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir