Tərlan Xəlilov məşqlərə başladı

XƏBƏR 15 Dekabr 2010 / 18:52 1982
-  A +

Mövsümlərarası hazırlıq dövründə AZAL-ın Türkiyədə keçirdiyi təlim-məşq toplanışında zədələnən Tərlan Xəlilov uzun fasilədən sonra məşqlərə başlayıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 3 ay əvvəl Ankarada qasıq nahiyəsindən əməliyyat olunan yarımmüdafiəçi artıq bərpa prosesini başa çatdırıb. Tərlan bu gündən fərdi məşqlərə başlayıb. Onun yaxın günlərdə komanda ilə birlikdə məşqlərdə iştirak edəcəyi gözlənilir.


Son xəbərlər