Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts bu gün təlim-məşq toplanışının yekunları ilə bağlı mətbuat konfransı keçirib. Qol.Az-ın məlumatına görə, konfransı giriş sözü ilə açan Foqts təlim-məşq toplanışının əsas məqsədindən danışıb. “Budəfəki təlim-məşq toplanışını keçirməkdə əsas məqsəd komandaya yeni cəlb olunmuş gənc futbolçuları sınaqdan keçirməkdir. Biz də beynəlxalq səviyyədə məşq edirik. Burada əsasən futbolçuların hansı səviyyədə olmasını nəzərdən keçirmək istəyirik. Bununla belə, biz xarici ölkələrdə çıxış edən digər azərbaycanlı futbolçuları da axtarıb tapırıq. Hazırda İsveçdə bir futbolçu var ki, onunla danışıqlar aparırıq. Bakıda doğulan bu futbolçunu milliyə gətirmək üçün əlimizdən gələni edəcəyik. Biz belə gənc futbolçulara kömək etməli və onları milli komanda üçün hazırlamalıyıq. Yanvarın 27-dən fevralın 10-dək Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışında olacağıq. Burada keçiriləcək yoxlama görüşlərində əsasən gənc futbolçulara üstünlük verəcəyəm. Bununla yanaşı, biz həmçinin “Avro-2012”nin seçmə mərhələsində bir neçə komandaya sürpriz bəxş etmək istəyirik. Lakin bir daha deyirəm ki, əsas hədəfimiz “Avro-2016”ya getməkdir. Bu yolda gərək klublar da bizə kömək etsin”.
Daha sonra jurnalistlərin suallarını cavablandıran Foqts ilk öncə klubların fəaliyyətinə narazılığını bildirib: “Çox qəribədir ki, bəzi futbolçular milliyə nisbətən Premyer Liqada klublarının tərkibində daha yaxşı çıxış edirlər. Əslində isə bu əksinə olmalıdır. Futbolçular gün ərzində iki saat məşq edirlər ki, bu da çox azdır. Avropada isə bütün futbolçular gündə 3-4 saat məşq edirlər. Peşəkar futbolçu özü fərdi olaraq daha çox məşq etməlidir. Yalnız baş məşqçinin tapşırığı ilə kifayətlənməməlidir”.
Almaniyalı mütəxəsis bir müddət əvvəl bəzi klubların yığmanın toplanışlarından narazılıq etməsi ilə bağlı fikirlərə də öz münasibətini bildirib: “Əgər futbolçu milli komandanın heyətində yorulursa, deməli, bu onun problemidir. Klubların yığmadan narazı olması barədə fikirlərdən heç xəbərim yoxdu. Mən bu haqda yalnız mətbuatdan oxuyuram. İnanmıram ki, klubların məşqçiləri məndən narazı olsun. Bu yaxınlarda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla da söhbətimiz olub. O, bu haqda mənə heç bir narazılıq bildirməyib”.
Foqts daha sonra Rauf Əliyev və Elvin Məmmədov kimi futbolçuların da bu toplanışa çağırılmasının səbəblərinə aydınlıq gətirib: “Həm Rauf Əliyev, həm də Elvin Məmmədov yaxşı futbolçudur. Lakin mən bu iki futbolçunun hazırlıq səviyyəsinə daha yaxından bələd olmalıyam. Məhz buna görə də bu toplanışa onları da dəvət etmişəm. Unutmaq lazım deyil ki, klubla milli arasında böyük fərq var. Məncə, bu toplanış daha çox onlara lazım idi. Bu iki futbolçu ilə yanaşı, mən digərlərinin də hansı səviyyədə olduğunu bilməliyəm”
Sonda “bu ilin ən yaxşı futbolçusu kimdir” sualına Berti Foqts “Rəşad Sadıqov” deyə cavab verib. Rauf Əliyevi isə ilin ən yaxşı gənc futbolçusu adlandırıb. “Qarabağ”ın gənc oyunçusu Əfran İsmayılovu ilin ən bəxtsiz futbolçusu kimi qiymətləndirib: “O, çox əla futbolçudur. Sürətli və ağıllı oyunçudur. Mən həmişə bu futbolçuya görə Qurban Qurbanovla danışıram. Bir sözlə, Əfran milli üçün çox vacib oyunçudur. İnanıram ki, o, öz formasını yenidən bərpa edəcək. Ruslan Abışov da perspektivli oyunçudur. Amma öz üzərində bir qədər işləməlidir”.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”
Ronaldo getdikdən sonra komandada birlik yarandı?
“Özümüz də başa düşmürük ki, niyə qol vura bilmirik” - Video
Danimarka - Portuqaliya matçındakı gözəl qollar - Video
Mahir Emreli üzr istədi
Almaniya və Portuqaliyadan qələbə, Norveç uduzdu
Ronaldo Portuqaliya millisindən birdəfəlik gedib?
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir