Millinin baş məşqçisi yenə şikayətləndi

XƏBƏR 15 Dekabr 2010 / 13:12 1600
-  A +

«Dubayda keçiriləcək təlim-məşq toplanışında daha çox gənc oyunçulara şans verəcəyəm». Qol.Az-ın məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Berti Foqts bu gün keçirdiyi mətbuat konfransında söyləyib.
O, bəzi futbolçuların milliyə nisbətən klublarının tərkibində Premyer Liqada daha yaxşı çıxış etdiklərini söyləyib. «Bu, çox qəribədir. Əslində əksinə olmalıdır. Futbolçular gün ərzində iki saat məşq edirlər ki, bu da çox azdır. Peşəkar futbolçu özü fərdi olaraq daha çox məşq etməlidir. Yalnız baş məşqçinin tapşırığı ilə kifayətlənməməlidir» - deyə o bildirib.


Son xəbərlər