Samir Zərgərov: «Milliyə dəvət aldığıma görə həyəcanlıyam»

XƏBƏR 15 Dekabr 2010 / 12:52 1562
-  A +

«Mən ilk dəfədir ki, milliyə dəvət almışam. Əlbəttə, hər bir futbolçu ölkəsinin əsas komandasında oynamaq istəyər». Qol.Az-ın məlumatına görə, bu sözləri jurnalistlərə «Gəncə» komandasının futbolçusu Samir Zərgərov deyib. «Mən də çalışacağam ki, özümü yaxşı tərəfdən göstərim. Milliyə dəvət alanda ilk əvvəl bir qədər həyəcan olur. İnşallah, gələcəkdə bunu üzərimdən atacağam. Komandada gözəl mühitin olması mənim oyunuma da müsbət təsirini göstərəcək» - deyə o vurğulayıb.


Son xəbərlər