Yaxın vaxtlarda Azərbaycana məxsus “SOCAR Energy Georgia” şirkəti ilə Gürcüstan Futbol Federasiyası (GFF) arasında sponsorluq müqaviləsi imzalanacaq. Bu haqda Lent.az-a şirkətin baş direktoru Mahir Məmmədov məlumat verib. Onun sözlərinə görə, hazırda hər iki qurumun marketinq bölməsinin əməkdaşları müvafiq sənəd üzərində işləyirlər. Artıq tərəflər arasında müəyyən anlaşmalar da əldə edilib. Rəsmi müqavilə isə ilin sonunadək bağlana bilər: “Biz istəyirik ki, 2011-ci ilədək GFF-lə münasibətlərimizi rəsmiləşdirək”. Müqavilənin 1 il müddətinə imzalanması nəzərdə tutulub. M.Məmmədov bildirib ki, anlaşma şirkətin məhsullarının tanıdılmasına qədər geniş layihəni əhatə edəcək. Bu məqsədlə Gürcüstan milli komandasının məşq formalarının üzərində “SOCAR Energy Georgia”nın reklamları, yığmanın oyunları vaxtı meydançaların kənarlarında isə bannerləri yerləşdiriləcək. Qeyd edək ki, hazırda Gürcüstan yığması 2012-ci il Avropa çempionatının seçmə mərhələsində F qrupunda mübarizə aparır. Baş məşqçi Temuri Ketsbayanın komandası keçirdiyi 4 oyunda Maltanı 1:0 hesabı ilə yenib, Latviya və Yunanıstanla səfərdə 1:1, İsraillə isə Tiflisdə 0:0 hesablı heç-heçəyə nail olub. FİFA-nın noyabr ayı üçün açıqladığı reytinq cədvəlində 78-ci olan Gürcüstan millisi növbəti seçmə matçını 2011-ci il martın 26-da öz meydançasında Xorvatiya ilə keçirəcək.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”
Ronaldo getdikdən sonra komandada birlik yarandı?
“Özümüz də başa düşmürük ki, niyə qol vura bilmirik” - Video
Danimarka - Portuqaliya matçındakı gözəl qollar - Video
Mahir Emreli üzr istədi
Almaniya və Portuqaliyadan qələbə, Norveç uduzdu
Ronaldo Portuqaliya millisindən birdəfəlik gedib?
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir