Maradona İngiltərə klubunu çalışdıra bilər

Maradona İngiltərə klubunu çalışdıra bilər
XƏBƏR 14 Dekabr 2010 / 13:45 1558
-  A +


Futbol üzrə Argentina milli komandasının sabiq baş məşqçisi Dieqo Maradonaya yeni təklif gəlib. Qol.Az-ın “tribalfootball.com”a istinadən verdiyi məlumata görə, 50 yaşlı mütəxəssis İngiltərənin “Blekbern” klubunun baş məşqçi postuna real namizəddir. Maradona dekabrın 13-də istefaya göndərilmiş Sem Ellardaysı əvəzləyə bilər. Klubun hindistanlı sahibləri onu dəvət etməklə, “Blekbern”in populyarlığını yüksəltməyi düşünürlər.


Son xəbərlər