“Neftçi”nin baş məşqçisi Arif Əsədovun müsahibəsi
- Arif bəy, “Neftçi”nin “Bakı”ya məğlubiyyəti gözlənilməz olmadı ki?
- Heç kim məğlubiyyətdən sığortalanmayıb. Çempionat uzun marafondan ibarətdir. Hər komandanın yüksəlişi olduğu kimi, eniş dövrü də olur. Son oyunda uğursuzluğa gəlincə, heyətlə bağlı problemlərimiz vardı. Zədəli futbolçularımız olduğundan, "Bakı" ilə oyuna ciddi itkilərlə çıxmışdıq. Rail Məlikov zədəli halda oynayırdı. Rəşad Abdullayev ehtiyat oyunçular siyahısında yer alsa da, oynaya bilmədi, onun hərarəti var idi. Heyətdə yeddi azərbaycanlı var idi ki, bunlardan da beşi gənc idi. Qapımıza ilk qol vurulana kimi derbidə komandamız əla oyun nümayiş etdirdi. Ancaq sonradan gənclərin təcrübəsizliyi özünü göstərdi, futbolçularımız çətin vəziyyətdən çıxa bilmədlər.
- Bəlkə arxayınçılığın da rolu oldu?
- Xeyr, bundan söhbət gedə bilməz. Məğlubiyyətdə psixoloji və fiziki yorğunluğun da təsiri ola bilər. Qeyd edim ki, zədə problemləri çox olanda qalan futbolçuların üzərinə daha böyük yük düşür, komandada balanslaşdırma çətin olur. “Qarabağ” belə aqibətlə üzləşmişdi və bunun acısını çəkdi. İlk dövrə ilə müqayisədə ikinci yarıda təqvim daha sıx olduğundan bilirdim ki, komandamızı çox ağır oyunlar gözləyir. Əsas, heyətin buna necə tab gətirəcəyi idi. Hər oyunda aparıcı futbolçuların zədələnməsi sonda mənfi təsirini göstərdi.
- Təqvim sıxlığına görə, PFL-i qınayırsınızmı?
- Xeyr. Mənim kimisə günahlandırmaq fikrim yoxdur. PFL təqvimi qurubsa, yəqin ki, nəyəsə əsaslanıb.
- Komandanız gərginlikdən çıxa bilibmi?
- Bəli. Allaha şükür ki, komandamızda hər şey qaydasındadır. Məşq proseslərində bunun şahidi oluruq. Hazırlıqlarda cəmi 12 futbolçu iştirak edir. Futbolçulardan bəziləri olimpiya yığması, bəziləri isə millidədir. Komandamızda vəziyyətin ağır olduğu haqda yayılan xəbərlər boş söhbətlərdir. Bu məlumatları verənlər “Neftçi”ni istəməyən, bizə zərbə vurmaq istəyənlərdir. Başda Sadıq müəllim olmaqla komandamızda möhkəm birlik var ki, buna heç kim mane ola bilməz.
- Çempionatın gedişatı zamanı milli komandanın təlim-məşq toplanışı keçirməsini nə dərəcədə məntiqəuyğun sayırsınız? “Qarabağ” kimi “Neftçi” də məğlubiyyətin səbəbini yığmanın baş məşqçisi Berti Foqtsda görmür ki?
- “Neftçi” hər zaman futbolçularının millinin təlim-məşq toplanışlarında iştirak etməsi və ölkənin bir nömrəli komandasında oynaması ilə fəxr edir. Buna görə də biz heç vaxt şikayətlənmirik. Foqtsun komandamızdan yığmaya dəvət etdiyi futbolçular gənclərdir. Alman mütəxəssis onları yoxlamadan keçirmək istəyir. Gənclərimiz çalışacaqlar ki, özlərini yaxşı tərəfdən göstərib növbəti təlim-məşq toplanışına çağırılsınlar. Əsas oyunçularımızdan Ruslan Abışov, Rail Məlikov komandamızın düşərgəsindədirlər.
- Liderliyi lənkəranlılara vermisiniz. Geri qaytara biləcəksinizmi?
- Zirvəni müvəqqəti olaraq “Xəzər Lənkəran”a vermişik (gülür.) Heç nə itirilməyib, hər şey irəlidədir. İnanıram ki, qarşıdakı turlarda liderliyimizi qaytaracağıq.
- “Gəncə” klubu ilə ardıcıl ikinci dəfə qarşılaşmaq komandanıza problem yaratmaz?
- Hər iki komanda üçün vəziyyət eynidir. Düşünmürəm ki, bunun mənfi təsiri olacaq.
- Qış fasiləsinə kimi “Gəncə” və “Turan”la oyunlarınız olacaq. “Neftçi” hər iki qələbə qazanmaqla “Xəzər Lənkəran”ın məğlubiyyətini gözləməlidir.
- Biz heç kimin uduzmasını arzulamırıq. Məni komandamın qələbə qazanması düşündürür.
- Milli çempionatın bombardiri, komandanızın əsas qol silahı dayanıb. Bunun səbəbləri Bahadırın lazımınca topla təmin olunmamasında, Flavinyonun sıradan çıxmasındadır yoxsa?
- Stabil oyun olması üçün stabil heyət önəmlidir. Bu olmayanda komandada istər-istəməz axsamalar olur. Flavinyonun bu gün olmaması hardasa öz təsirini göstərir. O, pleymeyker funksiyasını daşıyırdı. Məcburən sistemdə dəyişiklik edirik. Buna tam nail olmaq üçünsə vaxt lazımdır. Komandalarda olduğu kimi, futbolçuların da yüksəliş-eniş dövrü olur. Rəqiblərimiz “Neftçi”nin əsas qol silahının Bahadır olduğunu bildiklərindən ona daha çox diqqət ayırırlar. Bunu normal qarşılamaq lazımdır.
- Mpenza təcrübəli futbolçu olsa da, o, lazımı səviyyədə özünü göstərə bilmir.
- Mən konkret olaraq hər hansı futbolçu haqda danışmaq istəmirəm. Komandanın oyununda stabillik olmayanda bunun oyunçulara təsiri olur.
- Razılaşın ki, son oyun komandanın qış fasiləsində gücləndirilməsinin vacibliyini göstərdi.
- Fikrinizlə tam razıyam. Biz da bunu yaxşı başa düşürük. “Altılıq” oyunlarında qrafik çox sıx olacaq və qarşılaşmalar daha gərgin keçəcək. Buna görə də heyət mütləq gücləndirilməlidir. Buradakı səhvləri “altılıq”da təkrarlamamalıyıq. Əks halda, bu, bizə baha başa gələ bilər.
- Yola salınacaq futbolçuların siyahısını müəyyənləşdirmisinizmi?
- Bu haqda nəsə deməyəcəm. Hələ ki, qış fasiləsinə iki tur qalıb. Komanda ilə bağlı rəhbərliklə məsləhətləşmələr olacaq.
- Rəhbərlik liderliyi itirməyinizlə bağlı nə deyib?
- Bunu rəhbərlikdən soruşun.
- Olimpiya çempionu Aleksey Mixayliçenkonun “Neftçi”nin baş məşqçisi vəzifəsinə gətiriləcəyi xəbərinin yayılmasını necə qarşılayırsınız?
- Bunun mənə heç bir mənfi təsiri yoxdur. Hər bir insan güclü və hər şeyə hazır olmalıdır. Bu məlumatı yayanlar komandamızı istəməyən qüvvələrdir. Onlar “Neftçi”nin bir balaca büdrəməsini gözləyirdilər ki, ortaya nəsə atsınlar. Baş məşqçi kimi mən bunlara əhəmiyyət vermirəm. Həmişə güclü insanlar və komandalar ətrafında çoxlu söz-söhbətlər yaradırlar.
Mənbə: supersport.az
Avropanın rəmzi komandasında kimlər var?
Ən yaxşılar bəlli oldu: "Bavariya", "Arsenal"...
"Benfika"dan "Barselona"ya keçidi çətinləşdi
Salah qol vurdu, Misir millisi liderliyə yüksəldi
Levandovski ərəb klubuna gedir?
Fransa millisinin sabiq məşqçisi vəfat etdi
“Beşiktaş” 2 futbolçusunu heyətdən kənarlaşdırdı
"Liverpul" İsakın əvəzləyicisini axtarır
Baş məşqçi klubu tərk etməyə hazırlaşır
Ülvi Babayev klubunu dəyişir
Pelleqrini sıradan çıxdı
Komandası məğlub oldu, özü də ağır cəza aldı
"Real"ın "Santyaqo Bernabeu" ilə bağlı hədəfi
"Roma" yeni stadionunun planını təqdim etdi - Şəkil
AFFA üç klub rəsmisini futboldan uzaqlaşdırdı
Dembele ilin idmançısı seçildi
Sxadadze 4 oyunluq cəzalandırıldı
AFFA bu klubları cərimələdi
Prezident bu idmançılara mənzil hədiyyə etdi
İlham Əliyev ilin idman tədbirində - Yenilənib
“Belə olmaz, yerli məşqçilərə güvənməliyik”
Qurban Qurbanov bu ayrılığa razılıq vermədi
Millimizin sabiq futbolçusu Türkiyədə həbs olundu
Baxşıyev "Araz Naxçıvan"ı təkzib edir - Klubda nə baş verir?
Eks "Qarabağ"lı bu klubun baş məşqçisi oldu
Milli komandada yeni bombardir
"Araz-Naxçıvan" Elmar Baxşıyevi istefaya göndərdi - Rəsmi
İlin ən yaxşı futbol hakiminin adı açıqlandı
Alaba ilə müqavilə uzadılmayacaq
Alonsonun yerinə əsas namizəd odur
İngiltərə Premyer Liqasının ən yaxşı futbolçuları
Keçmiş federasiya prezidenti axtarışa verildi
Premyer Liqada ən çox qol epizodunu onlar yaratdı