"Muğan" qış hazırlığına Azərbaycanda hazırlaşacaq

"Muğan" qış hazırlığına Azərbaycanda hazırlaşacaq
XƏBƏR 14 Dekabr 2010 / 12:02 1552
-  A +

 
Salyanın "Muğan" klubu qış təlim-məşq toplanışında Azərbaycanı tərk etməyəcək. Qol.Az-ın məlumatına görə, Unibank Premyer Liqasının qış fasiləsində Salyanda və Bakıda toplanışlar keçəcək komanda bu dövr ərzində bir neçə futbolçunu transfer etməyi də planlaşdırır. Əsasən yerli gənc futbolçuları və təcrübəli legionerləri baxışdan keçirəcək "Muğan" heyətini gücləndirməyi qarşısına məqsəd qoyub. Unibank Premyer Liqasının ötən turunda MOİK-i məğlub edərək ardıcıl ikinci ev oyununda qalib gələn Bəhmən Həsənovun yetirmələri "Qarabağ"la keçiriləcək oyuna yüksək əhval ruhiyyədə hazırlaşır. Yüngül zədəsi olan Angel Qutierresin fərdi məşqlər keçdiyi, lakin bazar günü keçirilək oyuna qədər tam sağlam olacağı bildirilir. Qeyd edək ki, Unibank Premyer Liqasının XVIII turunun "Qarabağ" - "Muğan" oyunu bazar günü - delabrın 19-da keçiriləcək.

Son xəbərlər