“Beşiktaş” daha iki portuqaliyalı ilə anlaşdı

“Beşiktaş” daha iki portuqaliyalı ilə anlaşdı
XƏBƏR 14 Dekabr 2010 / 11:48 1740
-  A +


Türkiyənin “Beşiktaş” klubu heyətini daha iki futbolçu ilə gücləndirib. Qol.Az-ın məlumatına görə, qara qartallar “Verder Bremen” klubunun hücumçusu Hüqo Almeyda və “Atletiko Madrid”in aparıcı futbolçusu olan Simao Sabroza ilə anlaşıb. “Beşiktaş” klubunun rəhbərliyi də bu iki futbolçunun transferi barəsində gedən danışıqların artıq uğurla başa çatdığını açıqlayıb.
Qeyd edək ki, Portuqaliya millisinin də formasını geyən hər iki futbolçu İstanbula gəldikdən sonra yeni klubları ilə rəsmi müqavilə imzalayacaqlar.

Son xəbərlər