Millimizin sabiq futbolçusu «Rubin»ə keçə bilər

XƏBƏR 14 Dekabr 2010 / 11:29 1804
-  A +

Qroznının «Terek» klubu ilə müqaviləsi başa çatan, Şahin Diniyevin dönəmində milli komandamızda çıxış edən Şamil Lahiyalov karyerasını Kazanın  «Rubin» klubunda davam etdirə bilər. Qol.Az-ın «Sport-Ekspress»ə istinadən verdiyi məlumata görə, «Rubin» təmsilçiləri 31 yaşlı forvardla danışıqlara başlayıblar.

Xatırladaq ki, Lahiyalov "Terek"ə qədər Mahaçqalanın "Anji" və "Dinamo" klublarında, həmçinin "Saturn"un əvəzedici heyətində çıxış edib.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner