Ukrayna millisi Azərbaycanla oyunun hazırlığına başladı

Ukrayna millisi Azərbaycanla oyunun hazırlığına başladı
XƏBƏR 13 Dekabr 2010 / 15:35 1859
-  A +


Futzal üzrə Ukraniya millisi AÇ 2012-nin seçmə mərhələsinə hazırlıq məqsədilə Bakıya gəlməyi planlaşdırır. Qol.Az-ın məlumatına görə, buna qədər Krakovda iki yoldaşlıq oyunu keçirməyi planlaşdıran Ukrayna millisi daha sonra fevralın 4-9-da Bakıda təşkil olunacaq beynəlxalq turnirə qatılmaq üçün Bakıya təşrif buyuracaq. Ukraniyalılar artıq yığmamızla oyunun hazırlıqlarına da başlayıb. Bakıda keçiriləcək turnirdə Ukrayna millisi ilə yanaşı, Latviya və Özbəkistan yığmaları da iştirak edəcək.
Qeyd edək ki, AÇ 2012-nin seçmə mərhəlsi gələn il fevral 24-27-də Ukraniyanın Xarkov şəhərində keçiriləcək.

Son xəbərlər