Berti Foqts «Qarabağ»ın etirazını qulaqardına vurdu

XƏBƏR 13 Dekabr 2010 / 12:24 1698
-  A +

«Qarabağ» klubunun etirazına baxmayaraq, komandanın iki futbolçusu - Elvin Məmmədov və Rauf Əliyev millinin təlim-məşq toplanışına cəlb edilib. Qol.Az-ın əldə etdiyi məlumata görə, hər iki futbolçu yığmanın bu gün başlanan seleksiya xarakterli təlim-məşq toplanışında iştirak edir.
Xatırladaq ki, «Qarabağ» rəhbərliyi çempionatda mühüm oyunlarının olduğunu bildirərək futbolçularını millinin budəfəki toplanışına buraxmaq istəmirdi.


Son xəbərlər