Rusiyanın və Ukraynanın tanınmış kütləvi informasiya vasitələrində Aleksey Mixayliçenkonun tezliklə Bakının “Neftçi” klubuna baş məşqçi gətiriləcəyi barədə xəbərlər yayılıb. Olimpiya.az portalı Ukraynanın tanınmış futbol mütəxəssisi ilə əlaqə saxlayaraq, bu xəbərə onun münasibətini öyrənib. Mixayliçenko açıqlamasında bu informasiyanın doğru olmadığını bildirib: “Yayılan informasiya barədə bircə onu deyə bilərəm ki, bu, həqiqətə uyğun deyil. Bakının “Neftçi” klubundan heç kim mənimlə görüşməyib və baş məşqçi məsələsi müzakirə olunmayıb”.
“Əgər yaxın gələcəkdə sizə Azərbaycandan hər hansı təklif gələrsə, bunu necə dəyərləndirərdiz” sualına Mixayliçenkonun cavabı belə olub: “Azərbaycanda futbola göstərilən qayğıdan xəbərim var. Sovetlər Birliyi dövründə də bu ölkədə futbolu sevirdilər və bizim həmişə Bakının “Neftçi” klubu ilə oyunlarımız çətin olurdu. O ki qaldı sizin suala, əgər konkret bir təklif yoxdursa, buna münasibət söyləyə bilmərəm”.
"Sabah" TNS-ə qarşı
"Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
Mundialın ən çox səyahət edən komandası bəlli oldu
Ronaldonun klubu futbolçuların maaşını ödəyə bilmir
"Neftçi" Xorvatiya klubuna uduzdu
"Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
"Bizə daha çox yeni oyunçu lazımdır"
“İnter”ə bu transferi həyata keçirməyə icazə verilmədi
Argentina FİFA-ya xüsusi müraciət ünvanladı
"Turan Tovuz"un rəqibi bilindi
“Qalatasaray”ın yeni transferi İstanbula yollandı - Video
"Sabah"la matç bu dəfə fərqli olacaq" - TNS-in baş məşqçisi
“Kəpəz"dən bu yayın ilk transferi
Fransa - İspaniya matçından əvvəl bir dəqiqəlik sükut olacaq
"Onları necə məğlub edəcəyimizi bilirik"
"Mançester Yunayted" "Çelsi"nin futbolçusunu transfer etdi
Messi DÇ-də 40 ilin rekordunu təkrarladı
“Qəbələ”də oynayırdı, Kipr klubuna keçdi
Dibala “Roma” ilə müqaviləni yenilədi
Slaven Biliç rəsmən Xorvatiya millisində
Murat Yakın: "Futbol uduzdu"