Mirça Rednik: "İkinci hissədə daha yaxşı oynadıq"

Mirça Rednik: "İkinci hissədə daha yaxşı oynadıq"
XƏBƏR 11 Dekabr 2010 / 20:13 2130
-  A +


"Gəncə" komandası, xüsusən müdafiədə çox yaxşı oynadı. Futbolçularımı və azarkeşlərimizi qələbə münasibəti ilə təbrik edirəm. İlk hissədə oyunumuz istədiyimiz kimi getmədi, lakin ikinci hissədə üstünlüyü ələ ala bildik. Qol vurub, qalib gəldik. Qarşıda daha iki oyunumuz var, bu oyunlarda da maksimum nəticə əldə etməyə çalışacağıq. "Gəncə" klubuna uğurlar arzu edirəm". Qol.Az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Gəncə" ilə oyundan sonra "Xəzər Lənkəran" klubunun baş məşqçisi Mirça Rednik deyib.
Qeyd edək ki, Unibank Premyer Liqasının bu gün keçirilən 17-ci turunun oyununda "Xəzər Lənkəran" klubu öz meydanında "Gəncə"ni 1:0 hesabı ilə məğlub edərək uzun fasilədən sonra yenidən liderliyə yüksəldi.

Son xəbərlər