Fuad İsmayılov: "Bu gün Ceyhun Sultanovun oynamaması da öz sözünü dedi"

Fuad İsmayılov: "Bu gün Ceyhun Sultanovun oynamaması da öz sözünü dedi"
XƏBƏR 11 Dekabr 2010 / 19:56 1832
-  A +

 
"Bu oyun ətrafında ajiotaj yaranmışdı. Oyuna yaxşı hazırlaşmışdıq. Müdafiədə yaxşı oynadıq, təəssüf ki, hücumlarımız kəsərli alınmadı. Ceyhun Sultanovun bu gün oynamaması da öz sözünü dedi. "Xəzər Lənkəran"a qarşıdakı oyunlarda uğurlar arzu edirəm" Qol.Az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Xəzər Lənkəran"la oyundan sonra "Gəncə" klubunun baş məşqçisi Fuad İsmayılov deyib.
Qeyd edək ki, Unibank Premyer Liqasının bu gün keçirilən 17-ci turun oyununda "Gəncə" səfərdə "Xəzər Lənkəran" klubuna 0:1 hesabı ilə məğlub olub.

Son xəbərlər