Kaxaber Sxadadze: "Futbolçularımı bu nəticəyə görə qınaya bilmərəm"

Kaxaber Sxadadze: "Futbolçularımı bu nəticəyə görə qınaya bilmərəm"
XƏBƏR 11 Dekabr 2010 / 19:43 1571
-  A +


"Nazim Süleymanovun gəlişindən sonra AZAL daha da yaxşı oyun göstərir, komanda çempionatın liderlərindən biridir. Oyun boyu üstünlük bizdə oldu, yaxşı oyun göstərdik. Futbolçularımı bu nəticəyə görə qınaya bilmərəm. Komandamız hər oyunu belə oynasa yaxşı nəticə əldə edəcəyik. Ümid edirəm ki, qışda heyətimizi daha da gücləndirib mükafatçılar sırasına düşmək uğrunda mübarizəni davam etdirəcəyik". Qol.Az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, bu sözləri AZAL-la oyundan sonra "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.
Qeyd edək ki, Unibank Premyer Liqasının bu gün keçirilən 17-ci turun  "İnter"-AZAL oyunu 1:1 hesabı ilə başa çatıb.

Son xəbərlər