Nazim Süleymanov: "Komandam sonadək mübarizə apardı"

Nazim Süleymanov: "Komandam sonadək mübarizə apardı"
XƏBƏR 11 Dekabr 2010 / 19:36 1502
-  A +


"Hər iki komandanın futbolçuları gözəl oyun göstərdi, fikrimcə azarkeşlər də oyundan razı qaldı. Çoxlu qol epizodları yaratdıq, oyunun nəticəsi ədalətli oldu. Komandama sonadək mübarizə apardıqları üçün təşəkkür edirəm. "İnter" komandasına gələcək oyunlarda uğurlar arzu edirəm". Qol.Az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, bu sözləri "İnter"lə oyundan sonra AZAL klubunun baş məşqçisi Nazim Süleymanov deyib.
Qeyd edək ki, Unibank Premyer Liqasının bu gün keçirilən 17-ci turun "İnter"-AZAL oyunu 1:1 hesabı ilə başa çatıb.

Son xəbərlər