Vinfrid Şeferlə Arif Əsədov arasında mübahisə düşdü (YENİLƏNİB)

XƏBƏR 11 Dekabr 2010 / 18:53 2163
-  A +


Bu gün Premyer Liqanın sonuncu turu çərçivəsində keçirilən “Neftçi”-“Bakı” oyununda klubların baş məşqçləri arasında kiçik insident baş verib. Qol.Az-ın məlumatına əsasən, matçın 24-cü dəqiqəsində hələlik məlum olmayan səbəblərə görə “Bakı”nın baş məşqçisi Vinfrid Şeferlə “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov arasında mübahisə düşüb. Lakin məşqçi heyətinin müdaxiləsindən sonra bu insident aradan qalxıb.
Bununla belə, oyunun birinci hissəsi başa çatarkən Vinfrid Şefer Arif Əsədova yaxınlaşaraq onun əlini sıxıb və beləliklə də bu mübahisəyə son qoyulub.

Son xəbərlər