Toni Adams: "Oyunun nəticəsi ədalətli olmadı"

Toni Adams: "Oyunun nəticəsi ədalətli olmadı"
XƏBƏR 11 Dekabr 2010 / 17:35 1749
-  A +

 
Bu gün Premyer Liqanın sonuncu turu çərçivəsində "Qəbələ" klubu öz meydanında "Turan"ı 1:0 hesabı ilə məğlub edib. Qol.Az-ın məlumatına görə, "Qəbələ" klubunun baş məşqçisi Toni Adams oyundan sonra keçirilən mətbuat konfransında bunları deyib: "Rəqibimiz çox yaxşı oynadı. Hər iki komanda bundan öncə kubokda oynamışdı, lakin "Turan"ın bugünkü oyuna hazırlaşmaq üçün bir gün artıq vaxtı var idi. "Neftçi" İSM ilə oyunda iki yerli futbolçumuz zədələndiyindən bu gün komandamıza kömək edə bilmədilər. Futbolçularımda yorğunluq hiss olunurdu. Hesabdan razıyam, lakin fikrimcə oyunun nəticəsi ədalətli olmadı. "Turan"a həm çempionatda, həm də kubokda uğurlar arzulayıram".

Son xəbərlər