İngiltərə millisinin və “Arsenal” klubunun keçmiş kapitanı, hazırda karyerasını Azərbaycanın “Qəbələ” klubunda məşqçi kimi davam etdirən Toni Adams Britaniyanın “Daily Mail” qəzetinə müsahibə verib. Qol.Az-ın məlumatına görə, Adams Azərbaycandakı həyatından və klubdakı işindən danışıb: “Bu sualı mənə çoxları verib. Niyə məhz Azərbaycanı seçdin? Əlbəttə, mənim bu seçimim hər kəsin təəccübünə səbəb olmuşdu. Lakin bir məsələ var ki, İngiltərədə olarkən klub prezidenti Tale Heydərov məni komandanın gələcək planı ilə tanış etdi. Mən də bunu bəyəndim və öz qərarımı verdim. Qəbələyə gəldikdən sonra klubun akademiyası ilə yaxından tanış oldum və çox bəyəndim. Mənim əsas məqsədim Azərbaycan Premyer Liqasında yüksək səviyyəli bir komanda yaratmaqdır. Hazırda bu yöndə işlərim qaydasında gedir. Doğrudur, mən “Qəbələ”ni dünya səviyyəli bir klub edə bilmərəm. Lakin bu komanda ilə böyük uğur qazanacağıma inanıram. İngiltərədə futbola bu qədər sərmayə qoyan şəxs tapmaq çətindir. Lakin “Qəbələ” rəhbərliyi futbolun inkişafı üçün əlindən gələni edir. İngiltərədə isə bu sahədə yalnız “Arsenal”ı qeyd etmək olar. Qəbələni paytaxt Bakıdan cəmi 3-4 saat yol ayırır. Lakin mən “Qəbələ”də qalmağa üstünlük verirəm. Çünki buranın təbiəti çox heyrətamiz, mətbəxi isə çox dadlıdır. Əsasən də paxlava ilə çayı çox xoşlayıram. Ailəm də mənim kimi buranı sevir”.
Adams daha sonra “Qəbələ” klubunu İngiltərənin “Stok Siti” klubu ilə də müqayisə edib: “Qəbələ”nin oyun üslubu İngiltərənin “Stok Siti” klubuna bənzəyir. Biz də oyun zamanı cərimə meydançasına uzun ötürmələrdən daha çox istifadə edirik. Məsələn, Premyer Liqada MOİK-lə oyunda Lüba Baraninin autdan ötürdüyü pasdan sonra 3 dəfə fərqləndik. Təbii ki, burada Deon Bartonun da böyük əməyi oldu. Hazırda həm Premyer Liqada, həm də ölkə kubokunda işlərimiz qaydasında gedir. Bu uğuru məntiqi sonluqla başa çatdırmaq istəyirəm. İngiltərənin yalnız və yalnız “Arsenal” klubunda çalışmağa razılıq verərəm. Digər böyük klubları isə heç ağlıma da gətirmirəm”.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”
Ronaldo getdikdən sonra komandada birlik yarandı?
“Özümüz də başa düşmürük ki, niyə qol vura bilmirik” - Video
Danimarka - Portuqaliya matçındakı gözəl qollar - Video
Mahir Emreli üzr istədi
Almaniya və Portuqaliyadan qələbə, Norveç uduzdu
Ronaldo Portuqaliya millisindən birdəfəlik gedib?
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi