Rəşad Sadıqovun komandası “Beşiktaş”ı məğlub etdi

Rəşad Sadıqovun komandası “Beşiktaş”ı məğlub etdi
XƏBƏR 11 Dekabr 2010 / 00:15 2036
-  A +


Həmyerlimiz Rəşad Sadıqovun da formasını geydiyi Türkiyənin “Eskişehirspor” klubu Superliqada növbəti oyununa çıxıb. Qol.Az-ın məlumatına görə, öz meydanında İstanbulun “Beşiktaş” klubunu 2:0 hesabı ilə məğlub edən “Eskişehirspor” 24 illik tarixi həsrətə son qoyub.  Son 24 ildə “Beşiktaş”a qalib gələ bilməyən eskişehirlilər matçın 61-ci dəqiqəsində Veysel, 78-ci dəqiqədə isə Sezərin vurduğu qollarla oyundan qalib ayrılıblar.
 Qeyd edək ki, bu oyunda millimizin oyunçusu Rəşad Sadıqov meydanda çıxmayıb. Həmyerlimizin adı ilk 18-də olsa da, baş məşqçi ona əsas heyətdə yer verməyib. Buna da səbəb görünür, Rəşadın zədədən sonra hələ əvvəlki formasında olmamasıdır. 

Son xəbərlər