Fabio Luis Ramim: “Neftçi”nin qələbə qazanmasına imkan verməyəcəyik”

Fabio Luis Ramim: “Neftçi”nin qələbə qazanmasına imkan verməyəcəyik”
XƏBƏR 11 Dekabr 2010 / 12:45 3032
-  A +

“Demək olmaz ki, biz zəif oynayırıq. Coxlu qol vəziyyətləri yaradırıq, imkanları layiqincə qiymətləndiririk. Bəziləri deyir ki, komandamız indi zəifdir. Bununla razılaşmıram. “Bakı” böyük komandadır. Son 2 ildə biz qızıl və gümüş medallar, Azərbaycan kubokunu qazanmışıq”. Qol.Az-ın məlumatına görə, bu sözləri bu gün “Neftçi”yə qarşı keçiriləcək Unibank Premyer Liqasının 17-ci turunun oyunu öncəsi “Bakı”nın futbolçusu Fabio Luios Ramim klubun rəsmi saytına deyib. “Biz axırıncı yerdə olsaq belə, rəqiblərimiz bilir və yaxşı başa düşür ki, “Bakı”nı məğlub etmək heç də asan deyil. Biz buna imkan verməyəcəyik. Rəqibimiz Azərbaycanın iddialı klublarından biridir. Onlar hazırda yüksəliş dövrlərini yaşayırlar. Buna baxmayaraq var gücümüzü ortaya qoyub, qələbə qazanmalıyıq”.

Son xəbərlər