AFFA rəhbərliyi UEFA-nın konqresində iştirak edəcək

XƏBƏR 10 Dekabr 2010 / 21:04 1575
-  A +

UEFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında Avropanın ən ali futbol qurumunun gələn ilin martın 22-də Paris şəhərində keçiriləcək XXXV Konqresinin gündəliyi təsdiqlənib. Qol.Az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Konqresdə quruma üzv olan 53 futbol assosiasiyasının rəhbərliyi UEFA prezidentinin, İcraiyyə Komitəsinin yeddi üzvünün, FİFA-nın vitse-prezidentinin və FİFA İcraiyyə Komitəsinin üzvünün seçkisində iştirak edəcək.
Qeyd edək ki, tədbirdə AFFA rəhbərliyi də iştirak edəcək.


Son xəbərlər