Mişel Platini: “Dünya çempionatı qışda keçirilməlidir”

Mişel Platini: “Dünya çempionatı qışda keçirilməlidir”
XƏBƏR 10 Dekabr 2010 / 17:48 1708
-  A +


UEFA prezidenti Mişel Platini Qətərdə təşkil olunacaq 2022-ci il mundialının qışda keçirilməsini alqışlayıb. Qol.Az-ın məlumatına görə, Platini iyul ayında Qətərdə havanın isti olması ilə əlaqədar bu turnirin yanvar ayında keçirilməsinin tərəfdarıdır: “Düşünürəm ki, 2022-ci il Qətərdə keçiriləcək mundial yanvar ayında keçirilsə, daha yaxşı olar. Bu, həmin ayda havanın münasib olması ilə yanaşı, bura təşrif buyuran qonaqların rahatlığı üçün də əlverişli  vaxtdır. Əks təqdirdə isə iyul ayında Qətərdə 40-50 dərəcə istilik altında futbol oynamaq qeyri mümkün olacaq”.

Son xəbərlər