“Beşiktaş” və “Bursaspor”a ağır cəza verildi

“Beşiktaş” və “Bursaspor”a ağır cəza verildi
XƏBƏR 10 Dekabr 2010 / 13:05 1664
-  A +


Ötən həftə Türkiyə Superliqasının 15-ci turu çərçivəsində keçirilən “Beşiktaş” – “Bursaspor” oyunundan əvvəl və sonra azarkeşlər arasında baş verən insident adı çəkilən klublara baha başa gəlib. Qol.Az-ın məlumatına görə, Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi hər iki kluba cəza verilməsi ilə bağlı qərarını açıqlayıb. Belə ki, “Beşiktaş” klubu iki oyunu azarkeşsiz oynamaqla yanaşı, 35 min lirə pul cəzasına da məruz qalıb. “Bursaspor” klubu isə iki oyunu azarkeşsiz stadionda keçirməklə yanaşı, komandanın aparıcı futbolçusu olan Volkan Şən də qırmızı kart alması səbəbi ilə iki rəsmi oyunu buraxmaq cəzasını aldı.
Qeyd edək ki, bu oyunda “Beşiktaş” rəqibini matçın 65-ci dəqiqəsində Filip Holoskonun vurduğu yeganə qolla 1:0 hesabı ilə məğlub etmişdi.

Son xəbərlər