"Xəzər Lənkəran" tarixinin "18-liy"i

XƏBƏR 10 Dekabr 2010 / 12:08 1943
-  A +

Azərbaycan kubokunun 1/8 final mərhələsinin “MKT-Araz” klubu ilə oyununda “Xəzər Lənkəran”ı kapitan kimi meydana çıxaran Ruslan Poladov ilk dəfə bu şərəfə nail olub. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 31 yaşlı yarımmüdafiəçi bununla da komandanın tarixinə düşüb. İndiyədək heç vaxt meydana kapitan sarğısı ilə çıxmayan Poladov buna nail olan 18-ci futbolçumuz olub.
Qeyd edək ki, bu mövsüm “Xəzər Lənkəran”ı 5 kapitan meydana çıxarıb. Ruslandan əvvəl Kamran Ağayev, Alim Qurbanov, Xaqani Məmmədov, Rahid Əmirquliyev də buna nail olublar. Onlardan 3-ü – Xaqani, Rahid və Ruslan ilk dəfə bu mövsüm bu postda debüt ediblər.

 
“Xəzər Lənkəran”ın kapitanları
1. Mahmud Qurbanov - 59
2. Kamran Ağayev - 51
3. Emin Quliyev - 25
4. Samir Əliyev - 24
5. Zaur Ramazanov - 23
6. Dmitri Kramarenko  - 19
7. Arif Əsədov - 14
8. Elmar Baxşıyev - 10
9. Bəxtiyar Musayev - 4
10. Alim Qurbanov - 3
11-12. Füzuli Məmmədov - 2
11-12. Junior Osvaldo - 2
13-18. Aleksandr Martyoşkin - 1
13-18. Ədəhim Niftəliyev - 1
13-18. Rəşad Abdullayev - 1
13-18. Rahid Əmirqulıiyev - 1
13-18. Xaqani Məmmədov - 1
13-18. Ruslan Poladov  - 1

Son xəbərlər