"Xəzər Lənkəran"ın iki futbolçusu üçün əlamətdar hadisə

XƏBƏR 10 Dekabr 2010 / 12:05 1804
-  A +

Azərbaycan kubokunun 1/8 final mərhələsinin “MKT-Araz”la oyunu “Xəzər Lənkəran”ın iki futbolçusu üçün əlamətdar olub. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Amid Hüseynov və Ramazan Abbasov klubun heyətində ilk dəfə fərqləniblər. Komandada ilk uğurunu qeyd edən yarımmüdafiəçilər “Xəzər Lənkəran”ın formasında qol sevinci yaşayan 63-cü və 64-cü futbolçu olublar.
İkinci mövsümdür "Xəzər Lənkəran"ın sıralarında olan Ramazan yalnız 19-cu qarşılaşmada qol hesabını açıb. Amid isə bunu daha erkən bacarıb. “Xəzər Lənkəran”ın yetirməsi olan gənc futbolçu 5-ci oyununda fərqlənib.
Onlar komandada qol vuran oyunçular siyahısına cari mövsümdə daxil olanların sayını 8-ə çatdırıb. Bunadək Dieqo Ruiz, Elnur Allahverdiyev, Katalin Doman, Konstantin Arbanas, Uinston Parks və Stelian Stanku da “Xəzər Lənkəran”dakı qol hesabını mövsümün əvvəlki 18 qarşılaşmasında açmışdılar.
Qeyd edək ki, “Xəzər Lənkəran”ın rəqib qapısına yol tapan 64 futbolçuyla yanaşı daha 4 rəqib avtoqol müəllifi kimi komandaya sevinc bəxş edib.
 

Son xəbərlər