Yozef Blatter: "2022-ci il mundialı bir neçə ölkədə keçirilməlidir"

Yozef Blatter: "2022-ci il mundialı bir neçə ölkədə keçirilməlidir"
XƏBƏR 10 Dekabr 2010 / 12:03 1854
-  A +

2022-ci il dünya çempionatının oyunları Qətərlə yanaşı daha bir neçə ölkədə keçirilə bilər. Qol.Az-ın məlumatına görə, FİFA prezidenti Yozef Blatter Qətərdə təşkil ediləcək mundialın oyunlarının qonşu ölkələrdə də keçirilməsinin tərəfdarıdır: “Düşünürəm ki, mundialın bir neçə oyunu Qətərə qonşu olan ölkələrdə keçirilməlidir. Çünki Qətərin ərazisi mundialın 64 oyununu keçirmək iqtidarında deyil. Bu futbol bayramına Ərəbistan yarımadasının digər ölkələri də qoşulmalıdır.
Qeyd edək ki, Qətər 2022-ci il mundialına ev sahibliyi etmək uğrunda mübarizədə ABŞ, Cənubi Koreya, Yaponiya və Avstraliya kimi iddialı ölkələri qabaqlaya bilmişdi.

Son xəbərlər