Rəşad Sadıqovun komanda yoldaşı “Beşiktaş”la oyundan danışdı

Rəşad Sadıqovun komanda yoldaşı “Beşiktaş”la oyundan danışdı
XƏBƏR 9 Dekabr 2010 / 17:46 1797
-  A +


Həmyerlimiz Rəşad Sadıqovun da formasını geydiyi Türkiyənin “Eskişehirspor” klubunun kapitanı Ümit Karan Superliqanın növbəti turu çərçivəsində sabah “Beşiktaş”la keçirəcəkləri oyunöncəsi komandasının hazırlığı barədə danışıb. Qol.Az-ın məlumatına görə, "Qalatasaray"ın keçmiş futboçusu “Beşiktaş”la oyuna çox ciddi hazırlaşdıqlarını dilə gətirib: “ Komanda olaraq bütün oyunlara ciddi hazırlaşırıq. Sabahkı oyun da istisna deyil. Çox gözəl bir oyun olacağını indidən söyləmək olar. Əlbəttə ki, bu matçda qalib gəlməyi çox arzulayırıq. Əgər məşqçi bu oyunda mənə şans verərsə, meydanda var gücümlə oynayacağam. Lakin məşqçinin fikri daha önəmlidir. O, bizi riskə atmaya da bilər. Nəzərə alsaq ki, “Eskişehirspor” son 24 ildə “Beşiktaş”ı məğlub edə bilmir, bu oyunda bizim üzərimizə ikiqat məsuliyyət düşəcək”.

Son xəbərlər