Arif Əsədov: "Biz "Xəzər Lənkaran"la oyunu düşünmürük"

Arif Əsədov: "Biz "Xəzər Lənkaran"la oyunu düşünmürük"
XƏBƏR 9 Dekabr 2010 / 11:48 2054
-  A +

"Neftçi" PFK-nın baş məşqçisi Arif Əsədov "Gəncə" ilə oyundan sonra fikirlərini klubun rəsmi saytına bildirib. Qol.Az-ın məlumatına görə, Əsədov Gəncə ilə qarşılaşmada komandasının oyunundan razı qalıb: "Gəncə" ilə oyunun çətin olacağını bilirdik. Çünki, kubokun bu mərhələsi bir oyundan ibarət idi. Həmin matçın evdə yaxşı təsir bağışlayan "Gəncə"  ilə olması da yaddan çıxmamalıdır. Rəqib doğma meydanında güclü oyun nümayiş etdirir. Bizim ölkə premyer liqasında olduğu kimi, kubokda da yeganə hədəfimiz 1-ci olmaqdır. "Gəncə" ilə görüşdə meydançaya 7 yerli futbolçu buraxdıq. Əgər vurulan qollara diqqət etsəniz görərsiniz ki, 3 qoldan ikisini gənc futbolçularımız Cavid İmamverdiyevlə, Mirhüseyn Seyidov vurub. Bu bizim vacib matçlarda belə gənclərə necə inandığımızı göstərir. Bir məqamı qeyd etmək etmək yerinə düşər, "Neftçi"də artıq komanda bir mexanizm kimi işləyir. Yəni bizim oyunumuz hər hansı bir oyunçudan asılı deyil. Mən hər zaman belə sistemin tərəfdarı olmuşam. Bu vəziyyətdə rəqabətdə qalib gələn futbolçu əsas heyətdə oynayır. Kubokun ¼ finalında "Xəzər-Lənkəran"la qarşılaşacağıq. Bu mərhələ iki oyundan ibarətdir. Təbii ki, yeganə hədəfimiz yarımfinala yüksəlməkdir. Lakin, Lənkaran təmsilçisi ilə görüşə hazırlaşmaq üçün xeyli vaxtımız var, hazırda bu oyunu düşünmürük. İndi bütün diqqətimizi ölkə premyer liqasına yönəltmişik . Artıq bu gündən "Bakı" ilə növbəti görüşün hazırlıqlarına başlamışıq "- deyə Əsədov bildirib.

Son xəbərlər