Olimpiya çempionu Elnur Məmmədli "Neftçi"nin rəsmi saytına açıqlama verib. Qol.Az-ın xəbərinə görə, o, ölkə mətbuatında “flaqman” haqda dərc olunan bəzi əsassız yazılardan təəssüfləndiyini bildirib: "Son vaxtlar "Neftçi" komandasına qarşı bəzi media orqanlarının tutduğu mövqe çox üzücüdür. Sanballı, böyük azarkeş ordusuna malik bir klub haqda bəzi media mənsublarının haqsız çıxışlarını təəssüf hissi ilə qarşıladım. Sadıq Sadıqovun "Neftçi" İdman-Sağlamlıq Mərkəzində, ardınca isə "Neftçi" Peşəkar Futbol Klubunda öz bacarığı və böyük səyi nəticəsində qazandığı ardıcıl uğur sanki müəyyən qüvvələri narahat etməyə başlayıb. Belə olmasaydı, bu insanlar son vaxtlar "Neftçi"nin Premyer Liqadakı parlaq çıxışına daha çox yer ayırardılar, nəinki bu uğuru görmək istəmədikləri üçün qələmə aldıqları qərəzli və müəmmalı yazılara. Görünür, bu yazarlar anlamırlar ki, öz cəfəng yazıları ilə "Neftçi" kimi böyük bir komandanın nə dünəninə, nə bu gününə, nə də sabahına kölgə sala bilməzlər. İnanıram ki, klubun futbolçuları belə mənasız, heç bir məntiqə sığmayan yazılara əhəmiyyət vermədən öz gözəl oyunlarını bir qədər də təkmilləşdirərək, qələbələri sıralayacaqlar. Biz "Neftçi"lər də onları daim dəstəkləyəcək və böyük nailiyyətlər qazanmaları üçün əlimizdən gələni əsirgəməyəcəyik".
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”
Ronaldo getdikdən sonra komandada birlik yarandı?
“Özümüz də başa düşmürük ki, niyə qol vura bilmirik” - Video
Danimarka - Portuqaliya matçındakı gözəl qollar - Video
Mahir Emreli üzr istədi
Almaniya və Portuqaliyadan qələbə, Norveç uduzdu
Ronaldo Portuqaliya millisindən birdəfəlik gedib?
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı