Arif Əsədov: “Xəzər Lənkəran”la oyun erkən finaldır”

XƏBƏR 8 Dekabr 2010 / 16:22 1836
-  A +

"Gəncə"nin evdə aqressiv oynadığını bilirdik. Taktikamızı da buna uyğun qurmuşduq. Gördüyünüz kimi, bu da öz bəhrəsini verdi. Futbolçulardan razı qaldım". Qol.Az-ın məlumatına görə, bu sözləri
NBC Bank Azərbaycan kubokunun 1/8 final mərhələsinin "Gəncə" ilə səfər oyunundan sonra  "Neftçi"nin baş məşqçisi Arif Əsədov bildirib.
Qeyd edək ki, “Neftçi” bu oyunda 3:1 hesabı ilə qalib gəlib. Cox güman ki, növbəti mərhələdə “flaqman”ın rəqibi “Xəzər Lənkəran” olacaq.
“Xəzər Lənkəran”la gözlənilən oyun erkən final olacaq. Amma hələlik bu haqda düşünmək tezdir. Həmin oyuna hələ cox var” – deyə Əsədov vurğulayıb. 

Son xəbərlər