“Qarabağ” dünən bu yay ilk yaddaqalan transferə imza atdı.
Ağdam klubu Monteneqro millisinin hücumameylli yarımmüdafiəçisi Marko Yankoviçi heyətinə qatdı. 1,72 metr boya malik olan futbolçunun bu il iyulun 9-da 27 yaşı tamam olur. O, sağ vinger kimi çıxış edir və yeni komandasında “Qarabağ”ın bu yaxınlarda yollarını ayırdığı Xayme Romeronun əvəzləyicisi olacaq.
Qurban Qurbanovun Xaymeni yeni mövsüm üçün heyətində görmədiyi hələ bu ilin əvvəlində məlum idi. İlk dövrlər “Qarabağ”a faydalı olmuş ispan futbolçunun sonradan tez-tez zədələnməsi, bəzən istənilən səviyyədə oynamaması Qurbanovun planlarını pozurdu. Bu mənada, Marko Yankoviçi uzun müddət idi ki, “Qarabağ”ın seleksionerləri yaxından izləyirdilər. Odur ki, Avstriya toplanışının artıq ilk günündə təcrübəli futbolçu ilə müqavilə imzalandı.

Çempionlar Liqasının birinci təsnifat mərhələsində “Lexl”ə ilk oyuna təxminən 15 gün vaxt qalır. Bu və sonrakı bir müddət Yankoviç üçün “Qarabağ”da adaptasiya prosesi olacaq. Təbii ki, onun komandaya nə dərəcədə faydalı olacağını zaman göstərəcək. Amma unutmayaq ki, “Qarabağ”ın indiyə qədərki transferlərinin hamısı olmasa da, çoxu ümumən uğurlu olub...
Bəs, Yankoviç kimdir?
İlk dəfə Belqradın “Partizan” klubunun aşağı yaş qrupunda oynamış bu futbolçu peşəkar karyerası ərzində “Olimpiakos” (Yunanıstan), bu klubun oyunçusu kimi icarə qaydasında “OFK Belqrad” (Serbiya), “Maribor” (Sloveniya), “Partizan”da (Serbiya) çıxış edib. Sonra o, 1,80 milyon avroya İtaliya A seriyası təmsilçisi SPAL-a transfer edilib. Oradan isə yenə icarə əsasında “Krotone”də (İtaliya) oynayıb. 2021-ci ilin fevralında azad agent kimi “Beytar”a (İsrail) keçən Yankoviç bu ilin fevralında İsrailin başqa bir təmsilçisi “Hapoel”lə (Tel-Əviv) müqavilə imzalayıb. Dünən isə, o “Qarabağ”a transfer olunub və futbolçu 3 illik müqavilə imzalanıb.

Yankoviçin Ağdam klubuna uyğunlaşması ilk baxışdan çox çətin olmamalıdır. Çünki hazırda orada onun Monteneqro millisindəki komanda yoldaşı Marko Veşoviç də çıxış edir. İstisna deyil ki, bu transferin baş tutmasında Veşoviçin də hansısa rolu olub.
Qeyd edək ki, Yankoviçin Serbiya Super Liqasında oyun təcrübəsi daha çoxdur. O, ümumən 87 matçda meydana çıxıb, 13 qol vurub və 18 qolun ötürməsini edib. Marko daha çox “Partizan”dakı çıxışları ilə yadda qalıb. İtaliya A seriyasında isə 10 oyun keçirib. Yankoviç 2016-cı ildən əsas milliyə dəvət alır. O, indiyədək rəsmi və yoxlama matçları da daxil olmaqla 35 oyunda iştirak edib, 1 qol vurub və 6 qolun ötürməsini edib. Son oyunlarda əsas heyətin futbolçularından sayılır.
Onun karyerasındakı yeni Azərbaycan səhifəsinin necə olacağını isə biz qarşıdakı aylarda görəcəyik....
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”