"Neftçi"nin qapıçısı Rauf Mehdiyev "Gəncə" ilə bu gün keçiriləcək kubok oyunundan əvvəl klubun rəsmi saytına danışıb. "Kubok oyunlarının özünəməxsus ab-havası olur. "Gəncə" ilə oyunun çətin keçəcəyini düşünürəm. Çünki bu komanda evdə çox güclü təsir bağışlayır. Ancaq deməliyəm ki, "Neftçi" yüksək hədəfləri qarşısına məqsəd qoyubsa, bu matçda mütləq qalib gəlməlidir. Mən komandamın növbəti mərhələyə yüksəlməsi üçün əlimdən gələni edəcəm. Rəqibin heyətində Ceyhun Sultanov kimi səviyyəli pleymeyker yer alır. Mən onunla bir komandada çıxış etmişəm, düşünürəm ki, o standart vəziyyətlərdən bizə təhlükə yarada bilər. Artıq Gəncə şəhər stadionunun meydançasında məşqə çıxmışıq. Demək istəyirəm ki, belə ot örtüyündə texnikalı futbol nümayiş etdirmək çox çətindir. Qapıçılar üçün də belə meydançalar əlavə problemlər yaradır, çünki top istiqamətini dəyişə bilir"-deyə Mehdiyev bildirib.
TNS - "Sabah": Heyətlər
"Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
Mundialın ən çox səyahət edən komandası bəlli oldu
Ronaldonun klubu futbolçuların maaşını ödəyə bilmir
"Neftçi" Xorvatiya klubuna uduzdu
"Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
"Bizə daha çox yeni oyunçu lazımdır"
“İnter”ə bu transferi həyata keçirməyə icazə verilmədi
Argentina FİFA-ya xüsusi müraciət ünvanladı
"Turan Tovuz"un rəqibi bilindi
“Qalatasaray”ın yeni transferi İstanbula yollandı - Video
"Sabah"la matç bu dəfə fərqli olacaq" - TNS-in baş məşqçisi
“Kəpəz"dən bu yayın ilk transferi
Fransa - İspaniya matçından əvvəl bir dəqiqəlik sükut olacaq
"Onları necə məğlub edəcəyimizi bilirik"