Cüdo üzrə ikiqat paralimpiya çempionu İlham Zəkiyev də "Neftçi" barəsində bəzi mətbu orqanlarında dərc olunan yazılara münasibət bildirib: "Son vaxtlar bəzi kütləvi informasiya vasitələrində "Neftçi" haqda yazılan qarayaxmalar məni narahat edir. Belə yazılar barədə məşqlərdə, təlim-məşq toplanışlarında komanda yoldaşlarımla, eləcə də dostlarım, tanışlarımla söhbət zamanı eşidirəm. "Neftçi" Azərbaycan futbolunun flaqmanıdır, fəxridir. Görəsən, şərəfli, qürurlu keçmişə, tarixə malik olan möhtəşəm bir klubun zərrə-zərrə qazandığı böyük uğura kölgə salmağa cəhd etmək hansı yazara başıucalığı gətirir?! Bununla onlar nə məqsəd güdürlər?! Maraqlıdır, bu insanlar heç olmasa öz vicdanları qarşısında mənəvi əzab çəkirlərmi?! Hamımız şahidik ki, Sadıq Sadıqov "Neftçi" futbol klubuna prezident seçildikdən sonra komanda əvvəlki ruhunu özünə qaytarmağa, məzmunlu oyun nümayiş etdirməyə başlayıb. Təbii ki, bu, bizləri çox sevindirir. Ancaq görünür, "Neftçi"nin bu səviyyəyə qalxması heç də hamının ürəyincə deyil. Əks təqdirdə, onlar komandanın ortaya qoyduğu baxımlı oyundan bu dərəcədə qıcıqlanmazdılar" – deyə o “Neftçi”nin rəsmi saytına bildirib.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”
Ronaldo getdikdən sonra komandada birlik yarandı?
“Özümüz də başa düşmürük ki, niyə qol vura bilmirik” - Video
Danimarka - Portuqaliya matçındakı gözəl qollar - Video
Mahir Emreli üzr istədi
Almaniya və Portuqaliyadan qələbə, Norveç uduzdu
Ronaldo Portuqaliya millisindən birdəfəlik gedib?
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı