İsveçrə hökuməti FİFA və UEFA-nın fəaliyyətini yoxlayacaq

İsveçrə hökuməti FİFA və UEFA-nın fəaliyyətini yoxlayacaq
XƏBƏR 7 Dekabr 2010 / 17:53 1323
-  A +


İsveçrə hökuməti ölkə ərazisində fəaliyyət göstərən bütün beynəlxalq idman təşkilatlarının, o cümlədən, FİFA, UEFA və Beynəlxalq Olimpiya Komitəsinin fəaliyyətini yoxlayacaq. “RİA-Novosti” agentliyinin məlumatına görə, İsveçrə Xalq Partiyasının deputatı Roland Bühelin sorğusunu cavablandıran federal şura ölkədə bütün səviyyələrdə qanunsuz fəaliyyətin qarşısının alınmasında maraqlı olduğunu bildirib. Bu yaxınlarda baş verən korrupsiya qalmaqallarını da nəzərə alan İsveçrə hökuməti mənzil-qərargahları ölkə ərazisində olan beynəlxalq idman təşkilatlarının fəaliyyətini yoxlamağa qərar verib. Yoxlamalar nəticəsində Federal İdman Xidməti hesabat hazırlayacaq. Sənəddə mümkün qanun pozuntularının qarşısını almaq və aradan qaldırmaq üçün idman təşkilatları tərəfindən hansı tədbirlərin görüldüyü əksini tapacaq.


Son xəbərlər